Gündəm / Cəmiyyət
27 yanvar 2025
0
Baş prokuror: Keçən il Azərbaycanda qeydə alınan cinayətlər azalıb
Keçən il Azərbaycanda qeydə alınan cinayətlər azalıb.
Bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, ötən il 2023-cü illə müqayisədə 3 min 432 (9,3%) fakt cinayət az qeydə alınıb.
Həmçinin, əlavə edilib ki, keçən il ölkə ərazisində 33 min 379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17 min 155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1 086-sı prokurorluq orqanlarında istintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 928 şəxs barəsində 735 cinayət işi, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 14 min 983 şəxs barəsində 13 min 551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Daha çox xəbər:
Tərtərin sabiq baş memarı tikintiyə icazə üçün bu qədər pul tələb edirmiş
Gündəm / Hadisə"Ötən il qeydə alınan cinayətlərin 87,3 faizinin üstü açılıb" - Kamran Əliyev
Gündəm / Şou“Qurtuluş 93” şirkətinin sədri HƏBS EDİLDİ
Gündəm / HadisəVəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
Gündəm / HadisəRüşvətə görə tutulan dekanın məhkəməsi başlayır
Gündəm / Hadisə