Gündəm / Dünya
27 yanvar 2025
0
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.
Bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.
2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.
Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb.
Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.
Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq.
Daha çox xəbər:
Belarusda prezident seçkilərinin tarixi açıqlandı
Gündəm / SiyasətPutin 87,28 faiz səslə liderdir - Yenilənib
Gündəm / Dünyaİlham Əliyev 92,12 faiz səslə qalib gəlib - MSK protokolların 100 faizini HESABLADI
Gündəm / SiyasətTürkiyədə seçkilərin ilkin nəticələri - Ərdoğan irəlidədir+Canlı
Gündəm / Dünyaİlham Əliyevin andiçmə mərasimi keçirilir
Gündəm / Siyasət