Gündəm / Siyasət
23 oktyabr 2024
0
Belarusda prezident seçkilərinin tarixi açıqlandı
Belarusda Nümayəndələr Palatası (parlamentin aşağı palatası) ölkədə keçiriləcək prezident seçkilərinin tarixini açıqlayıb.
Seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.
Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenkonun sözlərinə görə, komissiya artıq seçki kampaniyasının başladılmasına hazırdır.
Qeyd edək ki, Belarusda dövlət başçısı 5 il müddətinə seçilir. Respublikada sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Bu zaman hazırkı Prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib. Onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 10 faiz səs toplayıb.
Daha çox xəbər:
İlham Əliyev 92,12 faiz səslə qalib gəlib - MSK protokolların 100 faizini HESABLADI
Gündəm / Siyasətİlham Əliyevin andiçmə mərasimi keçirilir
Gündəm / SiyasətTürkiyədə prezident seçkilərinin vaxtı açıqlandı
Gündəm / DünyaSabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək
Gündəm / DünyaPutin 87,28 faiz səslə liderdir - Yenilənib
Gündəm / Dünya