Gündəm / Dünya
18 mart 2024
0
Putin 87,28 faiz səslə liderdir - Yenilənib
Rusiyada seçki bülletenlərinin 99,43 faizi hesablanıb. Ölkənin hazırkı dövlət başçısı Vladimir Putin 87,32 faiz səslə liderdir.
Bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası yayıb.
İlkin nəticələrə görə, ikinci pillədə 4,32 faiz səslə Nikolay Xaritonov, üçüncü pillədə isə 3,79 faizlə Vladislav Dovonkov yer alıb. Leonid Slutski isə 3,19 faiz səs toplayıb.
***
Bülletenlərin 99,70 faizinin hesablanmasının nəticələrinə əsasən, V.Putin 87,31 faiz səslə liderdir. N.Xaritonov isə səslərin 4,30, V.Davankov 3,83, L.Slutski isə 3,21 faizini toplayıb.
***
Seçki bülletenlərinin 100 faizi hesablanıb. Vladimir Putin 87,28 faiz səslə liderdir. N. Xaritonov 4,31 faiz, V. Dovonkov 3,85 faiz, L. Slutski isə 3,20 faiz səs toplayıb.
Qeyd edək ki, Rusiya MSK seçkilərin yekun nəticəsini martın 21-i açıqlayacaq.

Daha çox xəbər:

Türkiyədə seçkilərin ilkin nəticələri - Ərdoğan irəlidədir+Canlı
Gündəm / Dünya
İlham Əliyevə neçə milyon səs verilib?
Gündəm / Siyasət
İlham Əliyev 92,12 faiz səslə qalib gəlib - MSK protokolların 100 faizini HESABLADI
Gündəm / Siyasət
Türkiyə prezident seçkilərində xaricdə verilən səslərin 85 faizi hesablanıb
Dünya
Prezidentliyə namizədlərin səs faizi DƏYİŞDİ
Gündəm / Cəmiyyət