Gündəm / Dünya
29 yanvar 2025
0
İran Prezidenti: ABŞ-dən danışıqlarla bağlı heç bir məlumat almamışıq
İran danışıqlarla bağlı ABŞ-dən hələ ki heç bir məlumat almayıb.
Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Məlumata görə, jurnalistin “ABŞ İslam Respublikasına hər hansı məlumatı göndərib” sualına cavabında prezident deyib: “Xeyir, biz hələ heç bir məlumat almamışıq”.
Bu günlərdə İranın xarici işlər naziri Abbas Ərakçi “Sky News”a müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Trampı sövdələşmə bağlanması üzrə danışıqlara başlamağa hazırdır.
Xatırladaq ki, 2015-ci ilin yayında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çinlə İran arasında Tehranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. ABŞ-nin 2016-cı ilin yazında bu müqavilədən çıxması ilə proses dayanıb.
Son zamanlar İran yeni razılaşma müqaviləsi imzalamaq istədiyinin bəyan edib.
Daha çox xəbər:
ABŞ Əhmədinejada sanksiya tətbiq etdi
Gündəm / Cəmiyyətİran Boltonun keçmiş köməkçisinə qarşı sanksiya tətbiq edib
Siyasət / Dünyaİranın gizli planı: Üç ölkə xəbərdarlıq etdi
Gündəm / Dünya"Lazım olanı edəcəyik" - İran XİN
Gündəm / Dünyaİran Prezidenti ilk xarici səfərini İraqa edəcək
Gündəm / Dünya