Gündəm / Siyasət
29 yanvar 2025
0
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
Görüş Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində baş tutub.
Qeyd edilib ki, Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Görüşdə Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.
Ceyhun Bayramov özbəkistanlı həmkarına regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülh quruculuğu prosesinə təhlükələr barədə məlumat verib.
Nazirlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Kompleks Tədbirlər Proqramı”nı imzalayıb və təsdiq ediblər.
Daha çox xəbər:
Ceyhun Bayramov Türkiyə XİN rəsmisi ilə görüşdü
Gündəm / CəmiyyətCeyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / SiyasətCeyhun Bayramov Dmitri Kuleba ilə görüşdü
Gündəm / CəmiyyətCeyhun Bayramov Hakan Fidanla nələri müzakirə edib?
Gündəm / SiyasətCeyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü
Siyasət