Gündəm / Cəmiyyət
28 yanvar 2025
0
Bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradıldı
Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb.
İşçi qrup Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb.
Bildirilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvanın Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq müşahidə aparacaqlar.
Vurğulanıb ki, hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim edəcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-na təyin edilib.
Daha çox xəbər:
Parlament seçkiləri azad, şəffaf, ədalətli keçirilib - Ombudsman
Gündəm / CəmiyyətBələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb
Gündəm / CəmiyyətBələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır
Gündəm / HadisəOmbudsman Xankəndidə seçki məntəqəsində - Foto
Gündəm / CəmiyyətMüdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb
Gündəm / Cəmiyyət