Gündəm / Dünya
30 yanvar 2025
0
Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə adlandırıb
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib.
Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən Amerika lideri adından yayılan yazılı bəyanatında deyilir.
“Reyqan hava limanında baş vermiş faciəvi qəza haqqında mənə tam məlumat verildi. Allah onların ruhlarını qorusun! Mən vəziyyəti izləyirəm və təfərrüatları ortaya çıxan kimi paylaşacağam”, - ABŞ administrasiyasının rəhbəri əlavə edib.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.
Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Daha çox xəbər:
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
Gündəm / Dünya70 nəfərin öldüyü təyyarə qəzası belə baş verib - Video
Gündəm / DünyaMalayziyada təyyarə qəzası - 10 ÖLÜ
Gündəm / Dünyaİranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə
DünyaMoskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO - FOTO
Hadisə