Gündəm / Cəmiyyət
29 yanvar 2025
0
Ombudsman bələdiyyə seçkilərində səs verib
Ombudsman Səbinə Əliyeva bələdiyyə seçkilərində səs verib.
Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.
Səbinə Əliyeva səsvermə hüququndan istifadə etdikdən sonra səsvermə prosesini müşahidə edib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Daha çox xəbər:
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
Gündəm / CəmiyyətAzərbaycan tarixində ilk: Bütün ölkə üzrə səsvermə başladı
Gündəm / CəmiyyətBu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır
Gündəm / CəmiyyətArtıq bir milyondan çox Türkiyə vətəndaşı xaricdə səs verib
Gündəm / DünyaTürkiyə prezident seçkilərində xaricdə verilən səslərin 85 faizi hesablanıb
Dünya