Gündəm / Cəmiyyət
27 yanvar 2025
0
"Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub
UEFA Avropa Liqası matçında Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, komanda yanvarın 29-da səhər saatlarında çarter reysi ilə yola düşəcək və qarşılaşmadan sonra Bakıya qayıdacaq.
"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı yerli vaxtla saat 19:40-da, açıq məşq isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, dekabrın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Daha çox xəbər:
"Qarabağ"-"Sürix" matçının vaxtı məlum oldu
İdman“Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu
Gündəm / Siyasət“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qalıb – VİDEO
İdmanBu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq
Gündəm / İdmanAvropa Liqası: “Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşib
İdman