Gündəm / Cəmiyyət
25 yanvar 2025
0
Paşinyan: "Soyqırımı"nın gündəmə haradan düşdüyünü anlamaq lazımdır
Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib.
Bunu Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.
"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan bildirib.
Daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.
Daha çox xəbər:
Ermənistan XİN: Paşinyan ölkənin KTMT-dən çıxdığını bəyan etməyib
Gündəm / DünyaTürk Şurasının Baş katibi qondarma “erməni soyqırımı" məsələsi ilə bağlı bəyanat yayıb
Siyasət / DünyaPaşinyan kilsədən şəffaf iqtisadi fəaliyyət tələb etmək istəyir
Gündəm / DünyaXocalı soyqırımı ilə bağlı növbəti yürüş keçiriləcək
Gündəm / CəmiyyətƏliyev tələb, Paşinyan icra edir: Sənəddə Xocalı soyqırımı da var
Gündəm / Siyasət