Gündəm / Siyasət
23 yanvar 2025
0
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası üç illik fasilədən sonra fəaliyyətini bərpa edib
Bu gün İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclası öz işinə başlayıb.
Komissiyanın əsas iclası yanvarın 24-də keçiriləcək.
İclasda müdafiə, ticarət və digər strateji istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Bu gün Azərbaycan və Pakistan nümayəndələri energetika, nəqliyyat və ticarət sahələrində əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Xüsusilə müdafiə sənayesi, İKT və rəqəmsal idarəetmə, bank işi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, idman, gənclər, mədəniyyət, elm və təhsil, səhiyyə, iqlim dəyişikliyi, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində əməkdaşlıq müzakirə olunub.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri müdafiə sənayesi naziri Vüqar Mustafayevdir.
Komissiyanın yeddinci iclası 2021-ci ilin dekabr ayında Bakıda keçirilib.
Daha çox xəbər:
Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın həmsədri dəyişib
Gündəm / Siyasət"Hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq" - Prezident
SiyasətŞahin Mustafayev həmsədr TƏYİN EDİLDİ
Gündəm / CəmiyyətAzərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Gündəm / CəmiyyətŞahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
Gündəm / İqtisadiyyat