Siyasət
20 aprel 2022
40
"Hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq" - Prezident

"Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir".
Bunu Prezident İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birlikdə keçirdiyi geniş tərkibdə görüşdə deyib.
"Əminəm ki, biz səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyən edəcəyik. Əlbəttə, düşünürəm ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq. Həmin komissiya sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Fikrimcə, səfərin yekunlarına əsasən prezidentlərin verəcəyi tapşırıqlar da məhz həmin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdən keçirilməlidir", - dövlət başçısı bildirib.

Daha çox xəbər:

Azərbaycan və Qırğızıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB
Gündəm / Siyasət
"Münasibətlərimizin möhkəm təməli var" - İlham Əliyev
Gündəm / Siyasət
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
Siyasət
İlham Əliyev ATƏT-in sədrini qəbul etdi - YENİLƏNİB
Gündəm / Siyasət
Prezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"
Siyasət