Gündəm / Dünya
23 yanvar 2025
0
Slovakiyada cəmiyyətdəki gərginliyin artmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüləcək
Slovakiya İnformasiya Xidmətinin (SİX, ölkənin kəşfiyyat xidməti) ölkədə sabitliyi pozan hərəkətlərə dair məlumatlarının dərcindən sonra ölkədəki mövcud vəziyyətlə əlaqədar gərginliyin qarşısını almaq üçün konkret tədbirlər görüləcək.
Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Milli Təhlükəsizlik Şurasının (MTŞ) bu məsələ ilə bağlı iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.
Slovakiya Prezidenti məlumatın ciddiliyinə baxmayaraq, dinc aksiyaları qadağan və ya fövqəladə vəziyyət tətbiq etmək niyyətində olmadığını vurğulayıb, lakin qeyd edib ki, hökumətə cəmiyyətdə gərginliyin daha da artmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək tapşırılıb. Prezident konkret hansı tədbirlər olacağını açıqlamayıb.
“Bizdə xaricdən maliyyələşən, etiraz etmək hüququndan sui-istifadə etmək istəyən müxalifət ilə bağlı struktur fəaliyyət göstərir. Bu, dövlət çevrilişi təşkil etmək cəhdidir”, - Slovakiya hökumətinin başçısı Robert Fitso bildirib.
Daha çox xəbər:
Uşaqlarda mövsümi xəstəliklərin qarşısını almaq üçün nə etmək lazımdır?
Gündəm / TəhsilG7-dən Rusiyaya qarşı yeni SANKSİYALAR
Gündəm / Dünya"Narkotik satanlara qarşı cəzalar ağırlaşdırılmalıdır" - Ekspert
Gündəm / CəmiyyətÜST: “İkinci dalğanın qarşısı alına bilər”
Gündəm / SəhiyyəBu ölkədə kütləvi qətllərə görə fövqəladə vəziyyət elan edildi
Siyasət / Hadisə / Dünya