Gündəm / Cəmiyyət
23 yanvar 2025
0
Çağırışçılarla bağlı cərimələr artırılır
Çağırışçılar və hərbi vəzifəlilərin uçotunu aparan orqan və təşkilatlarla bağlı qanunvericiliyə dəyişiklik edilir.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən sözügedən əmələ görə vəzifəli şəxslər 80 manatdan 150 manatadək, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək cərimə edilir.
Daha çox xəbər:
Özbaşına fərdi ev tikən fiziki şəxslər cərimələnəcək
Gündəm / CəmiyyətKarantin rejimini pozanlar üçün cərimələr artırılır
GündəmÖzbaşına fərdi ev tikən fiziki şəxslər nə qədər cərimələnəcək?
Gündəm / CəmiyyətBu dərmanları satanlar 11 min manatadək cərimələnəcək
Gündəm / CəmiyyətAzərbaycanda bu şəxslər 25 min manatadək cərimələnəcək
Gündəm / Cəmiyyət