Gündəm / Cəmiyyət
24 yanvar 2025
0
Bakıdakı marketdə eşşək südü satılır? - QİYMƏT

Bakıdakı “Z market” mağazalar şəbəkəsində tərkibində eşşək südü olan kremlərin satışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bu məhsulların eşşək südü olduğunu güman edib.
Market bir neçə çeşiddə belə krem məhsulu satır. Qiymətlər kremlərin çeşidinə görə dəyişir: 2 manat 95 qəpik - 3 manat 55 qəpik.
Mütəxəssislər deyirlər ki, eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdanına görə ana südünə ən yaxın süddür. Tərkibində protein və şəkərin miqdarı ana südündəkindən daha çoxdur. İnək südü bəzi körpələrə allergiya verir, amma alimlərin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. Eşşək südü həzmi rahatlaşdırır, kökəlmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır.
Amerika, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda bu süddən müxtəlif məhsullar hazırlayırlar. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır.
Modern.az

Daha çox xəbər:

“Çelsi”nin futbolçusu: “Bəzi komanda yoldaşlarım mənə “eşşək” deyirlər”
Gündəm / İdman
Direktor müəllimi belə TƏHQİR EDİB “Ay eşşək, ay sıpa...” ŞOK GÖRÜNTÜLƏR - VİDEO
Gündəm / Cəmiyyət
Uzunqulaq südü qızılcaya necə təsir edir?
Gündəm / Cəmiyyət
"Quş südü" və "Meçta"nın müəllifi vəfat edib
Gündəm / Dünya
"6 ayınadək ana südü ilə qidalanan körpələr infeksion xəstəliklərə yoluxmurlar" - Pediatr
Gündəm / Cəmiyyət