Gündəm / Cəmiyyət
30 yanvar 2024
0

Uzunqulaq südü qızılcaya necə təsir edir?


Özü ucuz olsa da, südü baha qiymətə satılır. Hətta mal-qara, qoyun, keçi südü belə ondan daha ucuzdur. Söhbət uzunqulaq südündən gedir.

İldə bir bala verən heyvan gündə 500-600 qram süd verə bilir. Uzunqulaq südünün 100 qramı 5-10 manata satılır.

Sözügedən canlı az süd versə də, onun məhsulu bir çox xəstəliklərin çarəsi hesab olunur.

Xüsusən son zamanlar daha çox yayılan qızılcaya yoluxanların uzunqulaq südü qəbul etdikdə bu xəstəliyi rahat keçirdiyi iddia edilir. Elə bu səbəbdən insanlar uzunqulaq südünü əldə etmək üçün müxtəlif rayon, kəndləri gəzirlər. Yevlax rayonunun Qaraoğlan kəndində yaşayanlar onun çox faydalı olduğunu bildiriblər.

Kənd sakin Şirxan Səfərovun sözlərinə görə, nəvələrini qızılca xəstəliyindən uzunqulaq südü ilə sağaldıb.

Həkim Mikayıl Əliyev bildirib ki, uzunqulaq südünün qızılca virusunun müalicəsində istifadəsini məqbul hesab edir:

"Əgər həkimlər uşağın immunitetini qaldırmaq üçün dərmanlardan istifadə edə bilmirlərsə, bu zaman uzunqulaq südündən istifadəni məqbul sayıram".

Qeyd edək ki, südü daha çox faydalı olan uzunqulaqların sayı əvvəlki illərə nisbətən xeyli azalıb.(Oxu)