Gündəm / Cəmiyyət
24 noyabr 2023
3
Məktəblərdə qızılca ilə bağlı SON DURUM - RƏSMİ
Son günlər orta və ali təhsil müəssisələrində sürətlə yayılan qızılca cəmiyyət arasında böyük narahatlığa səbəb olub.
Belə ki, son günlərdə, xüsusilə məktəblərdə kütləvi qızılcaya yoluxma halları baş verir. Dünən Kürdəmirdə 4 yaşlı uşağın qızılcaya yoluxaraq ölməsi insanları daha da təşvişə salıb.
Xatırladaq ki, dünyasını dəyişən 4 yaşlı uşağın qızılcaya qarşı peyvənd olunmadığı məlum olub.
TƏBİB-dən verilən məlumata görə, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir.
Bakıvaxtı.az məktəblərdə qızılca ilə bağlı son durumu öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərib.
Sorğuya cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, qızılcaya qarşı bir qayda olaraq uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən peyvənd olunurlar: "Hər hansı ümumi təhsil müəssisəsində qızılcanın simptomları müşahidə edilərsə, dərhal yerli poliklinikalara məktəb rəhbərliyi tərəfindən məlumat verilir".
"Qızılcaya yoluxmuş şagird və ya şagirdlər oxuduqları siniflərdən virusun inkubasiya dövründə (10-14 gün) kənarlaşdırılırlar. Bununla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır", - Elm və Təhsil Nazirliyindən bildirilib.

Daha çox xəbər:

TƏBİB-dən qızılca xəstəliyi ilə bağlı - Çağırış
Gündəm / Cəmiyyət
Son günlər kütləvi şəkildə yayılan virusla bağlı - Açıqlama
Gündəm / Cəmiyyət
Məktəblərdə 5 günlük payız tətili olacaq
Gündəm / Cəmiyyət
Məktəblər bağlanacaq? – RƏSMİ CAVAB
Cəmiyyət
Məktəblərdə Novruz bayramı ilə bağlı neçə gün dərs olmayacaq?
Gündəm / Cəmiyyət