Gündəm / Cəmiyyət
05 yanvar 2022
107
Son günlər kütləvi şəkildə yayılan virusla bağlı - Açıqlama
Artıq bir müddətdir ki, Azərbaycanda uşaqlar arasında yoluxucu infeksion xəstəlik yayılıb. Daha çox azyaşlılarda təsadüf olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Təhlükəli virus daşıyıcıları 40-a çatan yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər.
Virusa yoluxanların əksəriyyəti COVID-19 testi versələr də, nəticələrin neqativ çıxdığını bildirirlər. Bəzi pediatrlar 5 yaşdan kiçik uşaqlar üçün ciddi təhlükə hesab etdikləri bu xəstəliyi virus mənşəli influenza adlandırırlar. Azyaşlılarla yanaşı, yaşı 65-dən yuxarı olanlar, hamilələr və xroniki xəstəliyi olanlar da virusla bağlı risk qrupuna daxildirlər.
Son günlər müşahidə olunan bu infeksiya nədir? Təhlükəsi varmı? Necə qorunmaq olar?
Bu suallarla Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimova müraciət etdik. Pediatr “Qafqazinfo”ya son günlər vətəndaşlar arasında virusun yayıldığını təsdiqlədi: “Son vaxtlar influenza (qrip) virusu geniş yayılıb. Ağır da seyr edir, valideynlər çox narahatdır. Bu, koronavirus deyil, bilinən qrip virusudur. Ondan qorunmaq üçün 6 aydan böyük olanlar peyvənd vurdura bilər. Sosial məsafə, şəxsi gigiyena və maska taxmaq da qoruyur”.
Xəstəliyin müalicəsinə gəlincə isə E. Rəhimov bildirdi ki, müalicəni həkim başlamalıdır: “Xəstə əvvəlcə müayinə edilməlidir, müalicəni həkim təyin etməlidir. Burundan alınmış yaxmada qrip virusu təsdiqlənə bilər. Qrip virusu keçən qış xaric, demək olar ki, hər il geniş yayılıb, keçən il qapanma olduğu üçün yayılmamışdı”.
Daha çox xəbər:
Valideynlərin NƏZƏRİNƏ: “Koronaya yoluxub sağalan uşaqların səhhətində problemlər yaranmağa başlayır” - VİDEO
Gündəm / VideoAzərbaycanda 4 aylıq uşaq koronavirusa yoluxdu - VİDEO
Gündəm / CəmiyyətHamilə qadınlar bu müddətdən sonra peyvənd olunsun! - Nazirlikdən AÇIQLAMA
Gündəm / Cəmiyyət"Yas mərasimlərinin kütləvi təşkilindən qəti imtina etməliyik'' - Millət vəkilindən AÇIQLAMA
CəmiyyətAzərbaycanda koronavirusa ən çox hansı yaş qrupu olanlar yoluxub?
Gündəm / Cəmiyyət