Cəmiyyət
06 iyul 2020
43
"Yas mərasimlərinin kütləvi təşkilindən qəti imtina etməliyik'' - Millət vəkilindən AÇIQLAMA
Milliinfo.az
Son vaxtlar insanların koronavirusa yoluxması hallarına yas mərasimlərində rast gəlinir desək yanılmarıq.Operativ Qərargahın qəbul etdiyi qərarları heçə sayan vətəndaşlar gizli yas mərasimləri keçiririlər. Nəticədə fərqində olduğunu bilə-bilə özlərini real təhlükə ilə üz-üzə qoyurlar.
Metbuat.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov məsələyə münasibət bildirib.
"Son günlər koronavirus (COVID-19) xəstəliyinin geniş yayılması ilə bağlı həyəcanlı xəbərlər gəlməkdə davam edir. Bütün xəbərdarlıqlara baxmayaraq vətəndaşların böyük əksəriyyəti əməl etsə də, hələ də bəzi insanlar sərt karantin rejiminin qaydalarına əməl etmir, özlərini və yaxınlarını təhlükəyə atırlar. Hələ də küçələrdə zərurət olmadan gəzən, maskasız hərəkət edən insanları görürük. Reallıq isə ondan ibarətdir ki, virusa yoluxanların və bu səbədən dünyasını dəyişənlərin sayı sürətlə artır.
Məlum olduğu kimi, virus daha çox insanların sıx toplaşdığı yerlərdə yayılır. Son təhlillər də göstərir ki, xüsusilə yas mərasimlərinə toplaşan insanlarda sonradan virusa tutulanlar xeyli çoxdur. Bu barədə aidiyyəti strukturlar son günlər dəfələrlə açıqlama veriblər.
Bütün xəbərdarlıqlara baxmayaraq yenə də bəzi insanlar yas mərasimlərində bir araya gəlir və bir-birilərini yoluxdururlar. Bu yaxınlarda dostlarımdan biri qara bayram keçirmək məqəsədilə rayonlardan birində bir araya toplaşan insanlardan danışdı. Qısa müddətdə bu tədbirə toplaşan insanların böyük əksəriyyətinin virusa yoluxduğu və çoxlu sayda insanın dünyasını dəyişdiyini bildirdi."
Millət vəkilinin sözlərinə görə Türkiyədə də bu yaxınlarda yas mərasiminə toplaşan çoxlu sayda insanın qısa müddətdə virusa yoluxduğu barədə xəbərlər yayıldı. Son günlər bu səpkidə xəbərlər artmaqdadır.
"İnsanlar adət ediblər ki, yas mərasimlərini bir yerə toplaşaraq keçirsinlər. Dünən Şəmkir rayonunda da belə bir hadisənin baş verməsi xəbərini oxuduq. İnsanları anlamağa çalışırıq. Ancaq reallıq ondan ibarətdir ki, məlum vəziyyətlə bağlı bir müddət belə mərasimlərin kütləvi təşkilindən qəti imtina etməliyik. Əks halda bir-birimizi yoluxdurmaqda davam edəcəyik. Bununla bağlı aidiyyəti strukturlar dəfələrlə xəbərdarlıq ediblər. Əziz həmvətənlər gəlin karantin qaydalarına tam əməl edək. Özümüzü və yaxınlarımızı qoruyaq."

Daha çox xəbər:
Koronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitəcək? - AÇIQLAMA
---İndiki şəraitdə kütləvi iftar mərasimi verənlər günah edirlər - Hacı Şahin
CəmiyyətKoronavirusa yoluxma sayı artdığı üçün karantin rejimi sentyabra qədər uzadıla bilərmi?- AÇIQLAMA
Cəmiyyət / SosialKoronavirüs yaşlı ve hastalarda çok etkili
Dünyaİspaniya parlamenti ölkədə xüsusi karantin rejiminin mayın 10-dək uzadılmasını təsdiqləyib
Siyasət / Dünya