Gündəm / Cəmiyyət
11 noyabr 2022
7
Məktəblərdə 5 günlük payız tətili olacaq

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Daha çox xəbər:

Məktəblilərin qış tətili başlayır
Gündəm / Cəmiyyət
Məktəbəhazırlıq qrupları ilə bağlı YENİLİK
Cəmiyyət
Növbəti tədris ili üçün tətil günləri AÇIQLANDI
Gündəm / Cəmiyyət
Bu tarixdən şagirdlərin qış tətili sona çatır
Gündəm / Cəmiyyət
Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edildi
Cəmiyyət