Gündəm / Dünya
24 aprel 2020
34

"Quş südü" və "Meçta"nın müəllifi vəfat edib

Milliinfo.az

"Quş südü" və "Meçta"nın müəllifi vəfat edib


"Quş südü" və "Meçta"nın müəllifi vəfat edib
Məşhur “Quş südü” (“Ptiçye moloko”) konfetinin yaradıcısı Anna Çulkova 87 yaşında Rusiyanın Vladivostok şəhərində vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Vladivostok şəhər hökuməti yayıb.

Qeyd edək ki, Anna Çulkova 1934-cü il fevralın 22-də Rusiyanın Ryazan vilayətinin Terodey kəndində anadan olub. 1940-cı ildə SSRİ-nin köçürmə proqramı əsasında ailəsi ilə birlikdə Uzaq Şərqə miqrasiya ediblər.

O, əmək fəaliyyətinə 16 yaşında Vladivostokun şirniyyat fabrikində başlayıb. 1967-ci ildə qənnadçılar onun resepti əsasında keçmiş SSRİ-nin ən uğurlu “Quş südü” konfetini hazırlayıblar. Buna görə A.Çulkova o vaxtın ən böyük mükafatı olan Lenin Ordeninə layiq görülüb. O, ”Meçta” vaflili tortun, “Kometa” və “Meteorit” konfetlərinin müəllifidir.