Siyasət / Dünya
27 aprel 2020
32
Türk Şurasının Baş katibi qondarma “erməni soyqırımı" məsələsi ilə bağlı bəyanat yayıb
Milliinfo.az
“Erməni ideoloqlarının
düşmənçilik niyyətinə əsaslanan və bəzi dövlətlər tərəfindən dəstəklənən qondarma “erməni soyqırımı” ilə əlaqədar Türkiyəyə qarşı irəli sürülən ittiham və iddialar tarixi saxtalaşdırmaqla siyasi məqsədlərə nail olmaq məqsədi daşıyır”.
“Report” Türk Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözlər təşkilatın Baş katibi Bağdad Amreyevin bəyanatında yer alıb.
“Hadisələrə siyasi və hüquqi qiymət vermək və tarixi faktları öyrənmədən mühakimə etmək, xüsusən də bu, kollektiv şüurda nifrət, tarixi düşmənçilik və intiqam təhrikləri, insanların qorxudulması ilə edilirsə, xalqların qarşılıqlı anlayış və dinclik içində yaşamaq hüququnu təhdid edir. Regionda münaqişələr, qaçqın və məcburi köçkünlərlə bağlı problem əsasən bu hadisələrin məntiqi nəticələridir.
Müasir beynəlxalq münasibətlər və indiyə qədər baş verən bütün faciələr şəffaf və ədalətli şəkildə öyrənilməlidir. Bu əsasda Türkiyə tərəfinin 1915-ci ilin hadisələrinin tarixçilər tərəfindən araşdırılması və bu məqsədlə arxivlərin açılması üçün Birgə Komissiya yaratmaq təşəbbüsü təqdirəlayiqdir.
Əminik ki, alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz araşdırılması və qiymətləndirilməsi 105 il əvvəl baş vermiş hadisələrə aydınlıq gətirəcək”, - bəyanatda deyilir.

Daha çox xəbər:

Azərbaycan Uruqvaya nota verdi
Siyasət
Azərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
Siyasət
Paşinyan Medvedevlə görüşəcək
Siyasət
Erməni uşaqdan şok addım - Canlı yayımda...
Dünya
İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
Cəmiyyət