Siyasət
26 aprel 2019
79
Azərbaycan Uruqvaya nota verdi

Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə rəsmi Bakının etiraz notasını təqdim edib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin qondarma "xarici işlər naziri" Masis Mailyanın Uruqvaya getdiyi və orada "görüşlər" keçirdiyi barədə məlumatlar verilib.
XİN bildirir ki, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə sözdə "erməni soyqırımı" tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib:
"Qanunsuz rejimin qondarma "nümayəndəsi" Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə bildirmək istərdik ki, L.Topolanski Parlamentdə keçirilən qondarma "soyqırımı" tədbirində iştirak edib və tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib.
Eyni zamanda, məsələ ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN-i cavabında bu məsələdə Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub"

Daha çox xəbər:

Azərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
Siyasət
DİM-dən əvvəlki illərin məzunlarına müraciət
Təhsil
ÖLKƏ Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
Mədəniyyət
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir, beynəlxalq nüfuzu artır".
Siyasət
Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq
Siyasət