Gündəm / Hadisə
30 yanvar 2025
0
Tanınmış ekspert həbs edildi
İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert İlqar Əliyev həbs edilib.
Bununla bağlı İKT üzrə mütəxəssis Osman Gündüz paylaşım edib. O, işin təfərrüatı ilə bağlı əlavə məlumat verməsə də, şəxsin ittihamı qəbul etmədiyini yazıb.
Əldə etdiyimiz məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.
Məhkəmə araşdırma sonrası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq üçün əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.
İKT eksperti məhkəmədə özünü təqsirli bilməyib. Qeyd edib ki, idman zalından çıxıb evə gedərkən saxlanılıb.
Hökmə əsasən, İ.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ekspert 2023-cü ilin dekabrında saxlanılıb.
Qafqazinfo
Daha çox xəbər:
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti LƏĞV EDİLİR
Gündəm / CəmiyyətHəbs edilən sabiq polis mayoru AZADLIĞA BURAXILDI
Gündəm / Hadisə12 il həbs cəzası verilmişdi - 1 il sonra bəraət aldı
HadisəAzərbaycanda narkotik maddələrə qarşı mübarizə sərtləşdirilir
Gündəm / Cəmiyyət30 sutka həbs olunan şəxs saxlama məntəqəsində öldü
Gündəm / Hadisə