Siyasət / Dünya
02 avqust 2020
47
İran Boltonun keçmiş köməkçisinə qarşı sanksiya tətbiq edib

Milliinfo.az
İran hökuməti Vaşinqton Demokratiya Müdafiə Fondunun nümayəndəsi Riçard Qoldberqə qarşı fərdi sanksiya tətbiq edib.Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Riçard Qoldberq ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonun köməkçisi olub.
Qeyd edək ki, ABŞ İranda nüvə, raket və hərbi proqramlar üçün istifadə edilə biləcək metal və material təchizatını məhdudlaşdırmaqla İslam respublikasına qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib. Bundan əlavə, İranın tikinti sektoruna materialların təchizatı qadağan edilir. Belə ki, ABŞ İranın tikinti sektoruna İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarət etdiyini düşünür.

Daha çox xəbər:

ABŞ "Maqnitski aktı" üzrə Çinə qarşı sanksiya tətbiq edib
Dünya
Amerika İrana qarşı yeni hiyləyə əl atır
Gündəm / Siyasət / Dünya
İranlı general: "ABŞ-ın 400 hədəfini vuracaqdıq"
Siyasət / Dünya
Çin ABŞ-ın "Sincan sanksiyaları" ilə əlaqədar cavab addımları atacaq
Dünya
İran tibbi maskaların ixracına qadağa qoydu
Dünya