Gündəm / Dünya
28 avqust 2024
0
İran Prezidenti ilk xarici səfərini İraqa edəcək

İran Prezidenti Məsud Pezeşkian prezident vəzifəsində ilk xarici səfərini İraqa edəcək.
Bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq IRNA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, M.Pezeşkian İraqın baş naziri Məhəmməd əs-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək.
Kazem əl-Sadiq vurğulayıb ki, bu səfər zamanı İranın keçmiş prezidenti İbrahim Rəisinin dövründə razılıq əldə edilmiş bəzi sazişlərin imzalanması gözlənilir.
Səfir M.Pezeşkianın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.(TASS)

Daha çox xəbər:

Ərdoğan İraqa səfər edəcək Xarici 29 Aprel, 2019 13:34
Siyasət
Nikol Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşəcək
Gündəm / Dünya
10 gün sonra istefa verdi
Gündəm / Cəmiyyət
Sahibə Qafarova İranın yeni Prezidenti ilə görüşdü
Gündəm / Siyasət
Məsud Pezeşkian: İran Qərblə gərginliyin azaldılmasını müzakirə etməyə hazırdır
Dünya