Gündəm / Siyasət
06 avqust 2021
35
Sahibə Qafarova İranın yeni Prezidenti ilə görüşdü
İran Prezidenti İbrahim Rəisi Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycanın nümayəndə heyətini qəbul edib.
Bu haqda məlumatı “İrna” agentliyi yayıb. Məlumata əsasən, Rəisi İran və Azərbaycan arasında tarixi, mədəni və dini ortaq cəhətlərə toxunaraq, İranın Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirmək üçün mühüm addımlar atmaqda qərarlı olduğunu vurğulayıb.
İbrahim Rəisi həmçinin bildirib ki, İran şirkətləri və özəl sektoru Azərbaycan torpaqlarının bərpa edilməsi və texniki, mühəndislik və infrastruktur sahələrində birgə layihələr həyata keçirmək üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Sahibə Qafarova isə növbəsində İbrahim Rəisinin prezidentliyi dövründə hər iki ölkə arasında münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.
O, həmçinin Azərbaycanın İran şirkətlərinin müxtəlif layihələrin həyata keçirilməsində iştirakını alqışladığını vurğulayıb.

Daha çox xəbər:

İranın yeni Prezidenti İlham Əliyevi təbrik etdi
Gündəm / Siyasət
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır - Nazir İQTİSADİYYAT
İqtisadiyyat
Sahibə Qafarova Macarıstanın Baş naziri ilə görüşdü
Gündəm / Siyasət
XİN sözçüsü: İran Azərbaycanla əlaqələri inkişaf etdirməkdə heç bir sərhəd tanımır
Siyasət / Dünya
Azərbaycan nümayəndə heyəti İrana gedib
Siyasət