Gündəm / Dünya
17 avqust 2022
15
"Lazım olanı edəcəyik" - İran XİN
"İran dəfələrlə bir çox kanallar vasitəsilə nüvə razılaşmasından asılı olmayaraq ABŞ tərəfinə məhbus məsələsi ilə məşğul olmağa hazır olduğunu bildirib. İran ABŞ-la məhbus mübadiləsi etməyə hazırdır. Lazım olanı edəcəyik".
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani açıqlama verib.
O, bildirib ki, ABŞ-da günahsız olaraq mühakimə olunan İran vətəndaşlarının öz ailələrinə və evlərinə qayıtmalıdır: "ABŞ-ın hərəkətə keçmək və mövcud maneələri aradan qaldırmaq əvəzinə sadəcə İrana qarşı təbliğat aparması olduqca təəccüblüdür".
ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada İranda təhlükəsizlik səbəbi ilə həbsdə saxlanılan ikili vətəndaşların azad edilməsinə çağırıb.
Daha çox xəbər:
İran Boltonun keçmiş köməkçisinə qarşı sanksiya tətbiq edib
Siyasət / DünyaRusiya gəmisi ilə daşınan İran nefti ABŞ-a göndərildi
Gündəm / DünyaAmerika İrana qarşı yeni hiyləyə əl atır
Gündəm / Siyasət / Dünyaİran geri çəkilmədi, İsrail müharibə elan etdi - Dəhşətli döyüşlər BAŞLAYIR
Dünyaİranlı general: "ABŞ-ın 400 hədəfini vuracaqdıq"
Siyasət / Dünya