Gündəm / Cəmiyyət
01 fevral 2025
0
Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb
2024-cü ildə Azərbaycanda könüllü sığorta növləri üzrə 1 milyard 11.3 milyon manat, icbari sığorta növləri üzrə 341 milyon 856 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 13.9% və ya 123 milyon 196 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2.2% və ya 7 milyon 423 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği illik müqayisədə 27.9% artaraq 613 milyon 16 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 29.3% artaraq 139 milyon 696 min manata bərabər olub.
Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 60.6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ildə 54 manata bərabər olub. 2024-cü ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 40.9 manat təşkil edib ki, bu göstərici əvvəlki ildə isə 32.3 manata bərabər idi.

Daha çox xəbər:
Azərbaycanın sığorta bazarı 28% böyüyüb
Gündəm / İqtisadiyyatİcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri artırılıb - FƏRMAN
Gündəm / Siyasətİcbari tibbi sığorta üzrə dövlət büdcəsi hesabına sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişib
Sosial / Səhiyyəİşsizlikdən sığorta haqları üzrə daxilolmalara 4.7 milyon ƏLAVƏ
SosialNazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verdi
Siyasət / Sosial / Səhiyyə