Gündəm / Hadisə
01 fevral 2025
0
Qəbələdə iki avtomobil toqquşub, ölən var
Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Daha çox xəbər:
BMV “06” ilə toqquşdu: ölən var
Gündəm / HadisəBakıda iki maşın toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB
Gündəm / Cəmiyyətİki “VAZ” toqquşdu: sərnişin ön şüşədən yola düşdü - VİDEO
HadisəAğsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Gündəm / HadisəBalakəndə ağır qəza - 2 nəfər öldü
Gündəm / Hadisə