Gündəm / Cəmiyyət
01 fevral 2025
0
Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.
Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Daha çox xəbər:
Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib
SiyasətVilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi - FOTOLAR
Gündəm / CəmiyyətRəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edəcək
Gündəm / CəmiyyətBaş prokuror Şəkidə vətəndaşları qəbul edib
Gündəm / CəmiyyətRəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edəcək
Gündəm / Cəmiyyət