Gündəm / Dünya
01 fevral 2025
0
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı fevralın 5-dən qüvvəyə minəcək iki dəyişiklik barədə məlumat verib.
O, bu barədə “Telegram” kanalında yazıb.
Birincisi, qanunsuz miqrantların deportasiyası rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək. İkincisi, "ölkəyə giriş və çıxış qaydalarının pozulmasına, həmçinin nəzarət olunan şəxslərin reyestrinə daxil edilmiş miqranta göstərilməsi qadağan edilən xidmətlərə görə inzibati məsuliyyət tətbiq ediləcək".
Bundan başqa, Dövlət Dumasının sədri qeyd edib ki, fevralın 5-dən daha üç qanun qüvvəyə minəcək. Söhbət çətin həyat şəraitində olan uşaqlara hamilik, kreativ sənayenin inkişafı, həmçinin müsadirə edilmiş əmlakın Rusiya subyektlərinin mülkiyyətinə verilməsindən gedir.
V.Volodin həmçinin bildirib ki, Rusiyada analıq kapitalı 9,5 % indeksləşdiriləcək.
Daha çox xəbər:
Azərbaycan, Ermənistan və Rusiya parlament formatında görüşə bilər
SiyasətHazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
Gündəm / CəmiyyətRusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
Gündəm / CəmiyyətRusiyada miqrantların vəziyyəti daha da çətinləşir: Sürücülük etməyə, pul köçürməyə qadağalar gəlir
DünyaPrezident Rəqabət Məcəlləsini təsdiqlədi
Gündəm / Siyasət