Gündəm / Video
31 yanvar 2025
0

DİN: Kiberdələduzlar son günlər yeni üsul və texnoloji yeniliklərdən istifadə edirlər

DİN: Kiberdələduzlar son günlər yeni üsul və texnoloji yeniliklərdən istifadə edirlər


Daxili İşlər Nazirliyi (DİN) kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib.

Nazirliyin yaydığı müraciətdə bildirilib ki, onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir.

Məlumata görə, süni intellektin köməkliyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olur:

"Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin süni intellekt vasitəsi ilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz. Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin. Kartınızın təhlükəsizliyi öz əlinizdədir!", - çağırışda qeyd olunub.