Gündəm / Cəmiyyət
16 aprel 2024
0
DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ
Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Bu barədə Daxili İşlər Nazirliyi məlmat yayıb.
Belə hallarla mübarizə istiqamətində Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşları, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr quraşdırılıb.
Bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib.
Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edir.
Daha çox xəbər:
DİN-dən rayonlara getmək istəyənlərə xəbərdarlıq: Postlardan buraxılmayacaqlar
Gündəm / Cəmiyyət / SosialAZAL vətəndaşlara xəbərdarlıq etdi
Gündəm / CəmiyyətNazirlikdən “Facebook” istifadəçilərinə XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətNövbəti qurban siz olmayasız deyə, bu səsə qulaq asın - Video
Gündəm / CəmiyyətDİN əhaliyə xəbərdarlıq etdi
Gündəm