Gündəm / Cəmiyyət
16 sentyabr 2022
12
Nazirlikdən “Facebook” istifadəçilərinə XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti media qurumlarını “Facebook” sosial şəbəkə hesablarında paylaşım edərkən diqqətli olmağa çağırır.
“Facebook” sosial şəbəkəsinin müəyyən etdiyi qayda və şərtlərə uyğun olmayan məlumatların paylaşılması həmin sosial şəbəkə hesablarının bloklanması ilə nəticələnə bilər.
Elektron Təhlükəsizlik Xidməti bu həssas dönəmdə media qurumlarına “Facebook” sosial şəbəkə hesablarının bloklanmasının qarşısını almaq üçün xüsusilə aşağıdakı məzmunda məlumatları paylaşmamağı tövsiyə edir:
Şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, əlilliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi;
Şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması, nifrətə çağırış, təhqir və böhtan xarakterli məlumatlar;
İntihara yönləndirən, təşviq edən, intihar edən şəxsi təsvir edən paylaşımların edilməsi;
Zorakılığın təbliği və təşviqi;
Sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi.
Qeyd edək ki, “Facebook”da istifadəçilər tərəfindən hər hansı qayda və şərtlərin pozulması halı baş verdikdə bu barədə istifadəçilərin “Facebook” hesablarına və qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçt ünvanına bildiriş və xəbərdarlıq göndərilir. Həmin bildirişlər və xəbərdarlıqlarda qeyd edilən təlimatlara qısa zamanda əməl edildiyi təqdirdə hesabların bloklanmasının qarşısı alınır. Bu səbəbdən media qurumlarına tövsiyə edilir ki, “Facebook” tərəfindən onların sosial şəbəkə hesablarına daxil olan bildirişlərə qarşı diqqətli olsunlar.
Daha çox xəbər:
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi
SosialBaş prokurorluq sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə xəbərdarlıq edib
GündəmBaş Prokurorluq FHN-də çəkilən intim görüntülərlə bağlı ARAŞDIRMAYA BAŞLADI
Gündəm / CəmiyyətÇimərliyə gedən xanımları təhqir edən şəxs prokurorluğa ÇAĞIRILDI
Gündəm / CəmiyyətDTX vətəndaşlara müraciət etdi
Hadisə