Gündəm / Cəmiyyət
17 avqust 2022
12
Baş Prokurorluq FHN-də çəkilən intim görüntülərlə bağlı ARAŞDIRMAYA BAŞLADI

Məlum olduğu kimi, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.

Daha çox xəbər:

Baş prokurorluq sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə xəbərdarlıq edib
Gündəm
Nazir videosu yayılan polkovniki və qadın əməkdaşları işdən çıxardı
Gündəm / Cəmiyyət
Baş Prokurorluq ƏƏSMN-lə bağlı cinayət işləri barədə açıqlama yaydı
Cəmiyyət / Hadisə
Baş Prokurorluq, DİN və DTX "Tərtər işi" ilə bağlı MƏLUMAT YAYDI
Gündəm / Cəmiyyət
Çimərliyə gedən xanımları təhqir edən şəxs prokurorluğa ÇAĞIRILDI
Gündəm / Cəmiyyət