Gündəm / Cəmiyyət
17 avqust 2022
14
Nazir videosu yayılan polkovniki və qadın əməkdaşları işdən çıxardı
Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.
Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Məlumata görə, intim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb.
Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir neçə gün öncə Zaur Mirzəyevin FHN-in inzibati binasında, xidməti otağında nazirliyin qadın əməkdaşları ilə birgə intim görüntüləri yayılıb.
Pravda.az
Daha çox xəbər:
FHN generallarının SİYAHISI
Gündəm / CəmiyyətKəmaləddin Heydərov iki rəisin yerini DƏYİŞDİRDİ
GündəmVilayət Eyvazov bu rayonun polis rəisini İŞDƏN ÇIXARDI - FOTO
Gündəm / CəmiyyətFHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
Gündəm / CəmiyyətFHN-nin əməkdaşı MİNAYA DÜŞDÜ
Gündəm / Hadisə