Gündəm
14 may 2020
70

Kəmaləddin Heydərov iki rəisin yerini DƏYİŞDİRDİ

Milliinfo.az

Kəmaləddin Heydərov iki rəisin yerini DƏYİŞDİRDİ



Kəmaləddin Heydərov iki rəisin yerini DƏYİŞDİRDİFövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi baş verib.


Nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev vəzifəsindən azad edilib.



Digər əmrlə, bu vəzifəyə polkovnik Hikmət Abbasov təyinat alıb.




Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.



FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva Modern.az-ın sorğusuna cavab olaraq kadr dəyişikliyini təsdiqləyib. O bildirib ki, daxili rotasiya əsasında Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin olunub:



“Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev isə Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb”.