Hadisə
22 aprel 2020
53
Polislə hərbçini əzib keçən taksi sürücüsünə cinayət işi açıldı
Milliinfo.az

Bakıda karantin postunda polis və hərbçini vuran taksi sürücü barəsində cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisəni törədən sürücü barəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, zəruri-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.
Onlar DİN-in Hospitalına yerləşdiriliblər, B.Abbasov saxlanılıb.

Daha çox xəbər:

Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
Gündəm
Bakıda süpürgəçi qadının dəhşətli ölümü barədə - YENİ XƏBƏR
Hadisə
Prospektdə piyadanı vurub öldürən saxlanıldı
Hadisə
Polis 60 kq narkotiki ələ keçirdi
Gündəm
Masallıda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
Gündəm / Hadisə