Hadisə
13 may 2019
78
Prospektdə piyadanı vurub öldürən saxlanıldı
Bakıda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Beş.az Bdaxil olan birgə məlumata görə, mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 1986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlu etibarnaməsiz idarə etdiyi "Lifan" markalı, 99-HJ-019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlunu vuraraq ölümünə səbəb olub və hadisə yerindən qaçıb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
İstintaqla hadisənin Ruslan Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Əliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
HadisəBakıda dəhşətli yol qəzası: “Range Rover”lə piyadanı vurub yolun ortasına atdı
SosialToydan qayıdan piyadanı vurub öldürdü, güzgüsü ilə tapıldı
HadisəBakıda süpürgəçi qadının dəhşətli ölümü barədə - YENİ XƏBƏR
HadisəXanım sürücü "Prado" ilə "Ganjlik Mall"ın qarşısında dəhşətli qəza törətdi - VİDEO
Hadisə