Gündəm / Cəmiyyət
01 may 2020
33
Ağac kəsintisinə görə mərkəz direktoru işdən çıxarılıb
Milliinfo.az
“Meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman
Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.
Bu barədə məlumatı Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov verib. Onun sözlərinə görə, araşdırmanın davam etdirilməsi, təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis şöbəsinə müraciət olunub.
Xidmət rəisi onu da əlavə edib ki, kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə, Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru da vəzifəsindən azad edilib: “Daxil olan məlumatlar əsasında araşdırmalarımız bütün regional meşə mərkəzlərində davam etdirilir”.
Nazirlik rəsmisi meşələrin mühafizəsinin daha da gücləndirilməsinə dəstək məqsədilə vətəndaşlara da müraciət edib: “Meşə sahələrinin yaxınlığında yaşayan sakinlərə, ictimai fəal şəxslərə müraciət edirik ki, meşə ərazilərinə qanunsuz müdaxilə edənlər, ağac kəsənlər barədə regional meşə mərkəzlərinə və ya Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər. Biz meşələrimizin mühafizəsinin gücləndirilməsində israrlıyıq və bu işdə ictimaiyyətdən də dəstək gözləyirik”.

Daha çox xəbər:
Nazirlikdən bir gecədə kəsilən 100-dən çox ağacla bağlı - AÇIQLAMA
GündəmAzərbaycanda vəzifəli şəxs öz istəyi ilə işdən çıxarıldı
Siyasət / CəmiyyətKəsilən 35 illik ağacların yerində yeniləri əkildi
CəmiyyətŞagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...
CəmiyyətKliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi
Səhiyyə