Sosial
01 avqust 2022
39
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.
Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.
Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik.
Daha çox xəbər:
Sosial şəbəkələrdə paylaşım edən hərbçilər Ordudan tərxis edildi
Gündəm / SosialDTX vətəndaşlara müraciət etdi
HadisəBaş prokurorluq sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə xəbərdarlıq edib
GündəmAzərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra edir - VİDEO DİNLƏ
SiyasətMüdafiə Nazirliyi əhaliyə XƏBƏRDARLIQ ETDİ
Sosial