Gündəm / Sosial
20 noyabr 2021
37
Sosial şəbəkələrdə paylaşım edən hərbçilər Ordudan tərxis edildi
Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Daha çox xəbər:

Zakir Həsənov generalları topladı - Tapşırıqlar verdi
Gündəm / Siyasət
Könüllülərin tərxis olunması ilə bağlı - Müdafiə Nazirliyindən AÇIQLAMA
Gündəm
Müddətli hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb
Gündəm / Cəmiyyət / Sosial
Könüllülərin ordudan nə vaxt tərxis ediləcəyi ilə bağlı VACİB AÇIQLAMA
Gündəm
Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb - SİYAHI
Gündəm / Cəmiyyət