Gündəm / Sosial
04 iyun 2024
0
“Prezidentin adından istifadə edirlər” - Bu linklərə girməyin!

“Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır”.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada bildirilib.
“Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.
Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiberdələduzluq nümunəsidir.
Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq”, - məlumatda vurğulanıb.

Daha çox xəbər:

DİQQƏT: Dələduzluqla vətəndaşların pullarını mənimsəyən saytlar açıqlandı - FOTO
Gündəm / Cəmiyyət
MEDİA jurnalistlərə müraciət etdi
Gündəm / Cəmiyyət
Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
MEDİA və DTX çağırış edib: Şəhid və yaralıların olması barədə saxta məlumatlar yayılıb
Gündəm / Cəmiyyət
Elektron Təhlükəsizlik Xidməti media qurumlarına xəbərdarlıq edib
Sosial