Gündəm / Dünya
31 yanvar 2025
0
Paşinyan: Ermənistan Azərbaycana dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir
İrəvan Bakıya dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir, müvafiq təklif Azərbaycan tərəfinə göndərilib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Biz Azərbaycana kommunikasiyaların açılması məsələsinin konkret həll yolunu təklif etmişik. Burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Bu mövqeləri nəzərə almaqla, biz Bakıya Azərbaycanın qərb rayonlarından Ermənistanın Mehri şəhəri vasitəsilə Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatı ilə yük daşımalarına başlamağı təklif edirik", - N.Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvan həmçinin Bakıya Naxçıvan ərazisindən keçməklə Mehriyə dəmir yolu ilə yük daşımalarına başlamağı da təklif edir.
"Gələcəkdə, müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik", - Ermənistanın baş naziri qeyd edib.
Daha çox xəbər:
Paşinyan Ərdoğanla gizli görüş keçirilməsini təklif etdi
DünyaPaşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır
Gündəm / CəmiyyətTürkiyəli nazir: “Azərbaycan Zəngəzur dəhlizi istiqamətində işləri sürətlə davam etdirir”
SiyasətAzərbaycanın Zəngəzur dəhlizi ilə bağlı diplomatiyası nəticə verməyə başlayıb
Gündəm / SiyasətPaşinyan: Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik
Dünya / Gündəm