Siyasət
28 oktyabr 2023
0
Türkiyəli nazir: “Azərbaycan Zəngəzur dəhlizi istiqamətində işləri sürətlə davam etdirir”
Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər sürətlə davam edir.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
“Şərq-qərb istiqamətində kommersiya potensialını artırmaq üçün Zəngəzur dəhlizini həyata keçirməyə çalışırıq. Azərbaycan tərəfindən bu istiqamətdə işlər sürətlə davam edir. Naxçıvan Muxtar Respublikası istiqamətində də işlər görülür. Biz də Dilucu, İğdır və Qars arasında da bu ilin sonunda və ya gələn ilin əvvəlində bu istiqamətdə işə başlamağı düşünürük”, - Abdulkadir Uraloğlu vurğulayıb.
Nazir qeyd edib ki, dəhliz ta Ermənistandan, ya da İrandan keçməklə reallaşacaq. Türkiyə bu alternativləri nəzərdən keçirir.
Abdulkadir Uraloğlu daha əvvəl bildirib ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacağına inanır.
Türkiyənin nəqliyyat və infrastruktur nazirinin sözlərinə görə, bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi bütün Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək.
Daha çox xəbər:
"Zəngəzur dəhlizi məsələsi Ermənistanla müzakirə olunur" - Türkiyəli nazir
Gündəm / CəmiyyətTürkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı önəmli AÇIQLAMA
Gündəm / Cəmiyyət“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” - Ceyhun Bayramov
Gündəm / Siyasətİlham Əliyev Zəngəzur dəhlizinin açılacağı tarixi AÇIQLADI
Gündəm / SiyasətBinəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Gündəm / Dünya