Gündəm / Cəmiyyət
13 sentyabr 2023
0

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı önəmli AÇIQLAMA

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı önəmli AÇIQLAMA


Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr olaraq biz 1 trilyon dolları keçən iqtisadi böyüklüyə malik qlobal gücə çevrilmə potensialına malik bir cəmiyyətik.

Bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu İstanbulda keçirilən Türkiyə Dövlətləri Təşkilatının (TDT) Multimodal Nəqliyyat və Logistika Forumunda deyib.

Nazir qeyd edib ki, Zəngəzur dəhlizi Qafqazda normallaşma üçün həyati əhəmiyyət kəsb edir: "Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu əlaqənin həyata keçirilməsinin bütün türk dünyasını birləşdirəcək mühüm addım olacağına inanıram. Biz bütün region ölkələrinin faydalanacağı bu xətti, o cümlədən onun əlaqələrini mümkün qədər tez başa çatdırmaq üçün Azərbaycanla çox sıx işləyirik".