Gündəm / Cəmiyyət
02 oktyabr 2023
0
"Zəngəzur dəhlizi məsələsi Ermənistanla müzakirə olunur" - Türkiyəli nazir
Zəngəzur dəhlizi İran ərazisindən keçə bilər.
Bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu "A Haber"in canlı efirində deyib.
Onun sözlərinə görə, məsələ Ermənistanla müzakirə olunur, lakin dəhlizin İrandan keçməsi istisna deyil: "Prezident Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı biz liderlər və nazirlər səviyyəsində vəziyyəti müzakirə etdik. Zəngəzur marşrutu Türkiyədən Bakıya xətləri təmin edəcək. Bu, dəhlizin mühüm marşrutlarından biri olacaq. Danışıqlar davam edir. Naxçıvandan Dilucu sərhəd-keçid məntəqəsinə qədər xətt var, 14 kilometrlik yeni xəttin təmiri və tikintisi gündəmdədir. Zəngəzur dəhlizinin 43 kilometrlik hissəsi Ermənistanla sərhədi keçir. Bu, Ermənistan tərəfi ilə müzakirə olunur. Dəhlizin İran ərazisindən də həyata keçirilməsi mümkündür. Biz bunu tez bir zamanda reallığa çevirməyi düşünürük".
Daha çox xəbər:
Prezident Zəngəzur dəhlizi üzərindən enerji növlərinin ixrac ediləcəyini bildirib
Gündəm / SiyasətTürkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı önəmli AÇIQLAMA
Gündəm / Cəmiyyət"Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı "B" planı var" - Ceyhun Bayramov
Gündəm / Siyasət“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” - Ceyhun Bayramov
Gündəm / Siyasət"Zəngəzur dəhlizi İranla bağlı problemdir" - Türkiyə Prezidenti
Gündəm / Dünya