Gündəm / Siyasət
06 sentyabr 2023
1
"Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı "B" planı var" - Ceyhun Bayramov

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı "B" planı var.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri zamanı bildirib.
Nazir dəhlizin 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaların tərkib hissəsi olduğunu deyib: "2020-ci ilin noyabr və 2021-ci ilin yanvar üçtərəfli bəyanatları əsasında üç ölkənin baş nazirinin müavinləri səviyyəsində işçi qrup yaradılıb. Üç ilə yaxındır ki, işlər gedir".
Bayramovun sözlərinə görə, yekun anda Ermənistan birdən-birə yeni nəsə ortaya qoyur ki, bu da prosesi yenidən dalana aparır: "Azərbaycan "B" planına malik olmaqla bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Layihə hətta Ermənistanın iştirakı olmadan da həyata keçiriləcək, lakin bu halda o, sadəcə olaraq benefisiarlar siyahısından kənarda qalacaq".

Daha çox xəbər:

“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” - Ceyhun Bayramov
Gündəm / Siyasət
Ceyhun Bayramov Rusiyaya səfər edəcək
Siyasət
Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib
Siyasət
Ceyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / Siyasət
Xarici İşlər Naziri Ceyhun Bayramov İran islam Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi
Gündəm / Cəmiyyət